Narazı müxalifətçi, yoxsa özündən razı frondaçı.
İsa Qəmbərin Musavat partiya başqanlığından gedir. Hər halda elan olunub. İsa Qəmbərin bu addımını, YAP-çı Əli Əhmədov siyasi uğursuzluq və hakim partiyanın qələbəsi kimi izah edir. Ancaq Əli Əhmədov görmür və yaxud görmək istəmir ki, İsa Qəmbərin uğursuzluğu iqtidar uğursuzluğunun əlamətidir. Bir az öncəyə qayıdaq. 1992-ci ildə Musavat partiyasını yaradarkən, İsa Qəmbər əslində bəlkə də Elçibəyin məğlubiyyətini və Heydər Əliyevin iqtidara gəlməsini bilirdi. Kim də bilməsə, dövlətin ikinci məmuru bunu bilməli idi. Heydər Əliyev iqtidarının müxalifəti olmaq, siyasətdən tamam uzaqlaçdırılmaqdan və, bəlkə də məhv edilməkdən daha yaxşı idi. (İngilis siyasi ən-ənəsində belə bir deyim var(We are not the opposition to His Majesty, we are His Majesty,s opposition). Əlahəzrətə qarşı olan müxalifət deyilik, əlahəzrətin müxalifətiyik.
Əlbəttə bundan əlavə İsa Qəmbər müəyyən ümidlər də bəsləyə bilərdi və indi də bəsləyir. Atalar yaxşı deyib. Yaralı ilan təzə ay görməsə canı çıxmaz. Bu daha çox iqtidara aid olsa da, iqtidarın müxalifətinə də müəyyən mənada aiddir. Axı Türkiyədə də islamçılar birdən-birə iqtidara gəlmədi və nə vaxt gedəcəkləri də bilinmir. Yeri gəlmişkən Türkiyədə bir neçə dəfə baş verən çevriliş, Heydər Əliyevin çevrilişi ilə mahiyyət etibarı ilə eyni prosses idi. Bircə fərq odur ki, Azərbaycanda ordu ən-ənəsi olmadığına görə bunu xüsusi xidmət generalı etdi. Və indi İlkər Başbuqun başına gətirilənlər, İsa Qəmbərin iqtidara gəlməsi ehtimalında, Heydər Əliyevin də başına gətirilə bilərdi. Bundan başqa isə hələ ayetullahlarda var. Ancaq bu barədə bir az sonra. İsa Qəmbərin islamçı olması isə nə qədər də çoxuna aydın olmasa da, İP –də ki son hadİsələrdən sonra, şübhə qalmadı. İsa Qəmbər Azərbaycanı Türkiyəyə, özünü isə Ərdoğana oxşatmasında yanıldı. Ona görə yox ki, İsa bəy, Ərdoğandan fərqli olaraq, iqtidarda bir dəfə olmuşdu. Yeri gəlmişkən Mir Huseyn Musəvi də, bir dəfə iqtidarda olmuşdu. Və “Yaşıl hərəkat” lideri də İsa Qəmbər kimi, əlahəzrətə qarşı deyil, əlahəzrətin müxalifəti idi. Elə ona görə də Bakıda İsa(vi) itidara gələ bilmir, Tehranda isə Musəvi. Ancaq bütün bunlar ən azından söz oyunudur və giriş üçün lazım idi. Obyektiv və ciddi təhlil isə siyasi-iqtisadi müstəvidə xırdalanmalıdır. Bunu isə neft amilinin araşdırıması olmadan anlamaq mümkün deyil. Azərbaycan Respublikasını, İran və Türkiyə İslam Cumhuriyyətləri ilə müqayisə edəndə, aydın görmək olar ki, birində neft var, o birisində turizm. Birində ağır sənayə inkişaf edib, o birisində yüngül. Azərbaycan Respublikasında isə həm neft var, həm də (turizm)Avroviziya. Hər halda bu illik turistlərlə təmin olunmuşuq. Deyəcəksiz ki, bütün bunların mətləbə nə dəxli var? Əvvəla Ərdoğanın sosial bazası, xırda burjuaziyadı, yəni halvaçılar(Təxminən Yabançı Damat serialında olan halvaçılar kimi). Halvaçıların pulu isə turistlərdən çıxır. Klassik mənada proletariat isə Türkiyədə necə yox idi, elə indi də yoxdur. Çünki Türkiyədə sənaye yoxdur. Yığmağa qalsa isə, Özbəkistan da Hunday maşınlarını yığır. Bu isə onun güclü iqtisadiyyatının olmasına dəlalər etmir. İranda isə elə İsfahan poladdökmə zavodu nəyə istəsən dəyər. Təbrizin traktor və maşınqayırma zavodları. Heç Nüvə Elktrik stansiyasından danışmıram da. Türkiyədə isə, olsa-olsa, zirzəmilərdə corab toxuyan kürdlərlə qarşılaşmaq olar. Əgər sizi o zirzəmilərə buraxsalar. İranın xarici ekspertləri öz nüvə obyektlərinə buraxmaması yadıma düşdü. İranda sənayələşmə Rza şahın dövründə başladı. Və xırda burjua sinfinin məhvi ilə nəticələnəcəkdi, Xomeyni iqtidara gəlməsəydi. Xomeyni əslində İranın əsasən xırda burjua sinfi ilə təmsil olunan fars millətini xilas etdi. İndi isə İranda yenə 1979-cu il qabağı iqtisadi prosseslər gedir. Ona görə də farslar getdikcə mövqelərini itirməkdədirlər. İqtisadi böhran İranda artıq çox dərin həddə çatıb. Və xırda sexləri dolandırmaq mümkün deyil. Nüvə proqramı da elə buna görə lazımdı. Yox-yox biz mətləbdən uzaqlaşmırıq. Bunu anlamaq üçün İsa Qəmbərin və məsələn Pənah Hüseynin İP-də, Arif Kəskinin çıxışına olan reaksiyalarda və İsa Qəmbərin Azərbaycan iqtidarına İsrailə qarşı Ərdoğan siyasətinə dəstək verilməsinə məsləhət görməsinə diqqət yetirmək yetərlidir. Yadınıza salım ki, İsa Qəmbər onda Arif Kəskinə dedilər ki, siz, yəni güney hərəkatçılar, Musəvi ilə birləşsəz yaxşıdı. Görünən odur ki, sonda belə də olacaq. Axı Güney milli hərəkatı nədənsə Tehranda işləyən türkləri unudur. Bu isə o deməkdir ki, sonda türk və başqa xalqların işçilərinin birlikdə çıxışları, elə türk və fars burjuaziyasını birləşdirəcək. Nə isə deyəsən bir az dərinə getdik. Bu barədə ayrıca yazı yazmaq gərəkdir.
Müxalifətlə müəyyən mənada durum aydınlaşdı. İndi keçək iqtidara. Yəqin ki, iqtidar anlamır, bəlkə də anlayır ki, İsa Qəmbər fəal siyasətdən getməsi iqtidarın bampersiz maşın sürməsinə oxçayacaq. İsa Qəmbərin başqanlıqdan getməsi, ona daha yüksək səviyyədə legitimləşməsi, iqtidar üçün, gərəkdir. Çünki xalq arasında, söhbət narazı orta burjuaziyadan getmir, narazılıq artdıqca, iqtidar İsa Qəmbəri daha çox dəyərləndirəcək. Uzun sözün qısası, İsa Qəmbər narazı müxalifətçidən, özündən razı Fraondaçıya çevrilmək istəyir.
No comments:
Post a Comment